Zaporojye AES rəsmisi dron hücumunda ölüb
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlev həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rosatomun rəhbəri Aleksey Lixaçov məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlevlə yanaşı onun sürücüsü də həlak olub.
Lixaçov bildirib ki, hücum zamanı AES-in yüksək vəzifəli əməkdaşı və onu müşayiət edən sürücü həyatını itirib.
Hadisənin təfərrüatları və hücumun hansı şəraitdə baş verdiyi ilə bağlı əlavə məlumat verilməyib.
22:16 15.07.2026
Oxunuş sayı: 60