Aİ Rusiyaya qarşı növbəti addımda razılığa gələ bilmədi
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 21-ci sanksiya paketinin razılaşdırılması cəhdində uğursuzluğa düçar olublar.
Crossmedia.az xəbər verir ki, Brüsseldəki diplomatik mənbənin məlumatına görə, müzakirələr nəticə verməyib və danışıqlar gələn həftəyə təxirə salınıb.
Bildirilib ki, Aİ daxilində yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı fikir ayrılıqları qalmaqdadır. Sanksiya paketinin taleyi növbəti görüşlərdə müzakirə ediləcək.
21:44 15.07.2026
Oxunuş sayı: 54