Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır və diqqətini ölkənin müdafiə imkanlarının gücləndirilməsinə yönəldib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu tərəflərin bir sıra öhdəliklərini əhatə edir.
Bəqayi qeyd edib ki, əgər digər tərəf bu öhdəlikləri pozarsa, İran da öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməkdən çəkinəcək və gələcəkdə də eyni prinsipə əsaslanacaq.
21:36 15.07.2026
Oxunuş sayı: 57