ABŞ-nin raket zərbəsi nəticəsində İran ordusunda itkilər olub
İranın Sistan və Bəlucistan vilayətinin Bəmpur rayonunda yerləşən kazarmaya ABŞ-nin endirdiyi bildirilən raket zərbəsi nəticəsində İran ordusunun 7 hərbçisi həlak olub, daha 13 nəfər yaralanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran ordusunun məlumatına görə, hərbi obyektə ümumilikdə 13 raket atılıb.
Zərbə nəticəsində İranşehr şəhərindən olan 388-ci briqadanın hərbçilərinin yerləşdiyi obyektin hədəfə alındığı bildirilib.
20:16 15.07.2026
Oxunuş sayı: 47