İran sahillərində Türkiyəyə məxsus yük gəmisi iki yerə parçalanıb
Türkiyənin Lora Shipping şirkətinə məxsus Luni adlı yük gəmisi İran sahillərində, strateji əhəmiyyət daşıyan Hörmüz boğazı yaxınlığında qəzaya uğrayaraq batıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə İranın Bəndər-Abbas limanı yaxınlığındakı sularda baş verib. Gəminin gövdəsi ciddi zədələnib, nəticədə içəri su daxil olmağa başlayıb. Daha sonra gəmi iki hissəyə bölünüb və qismən suyun altına düşüb.
Gəmidə olan 23 ekipaj üzvünün hamısı İranın xilasetmə qrupları tərəfindən təhlükəsiz şəkildə xilas edilib. Onlar yaxınlıqdakı Qeşm adasına təxliyə olunublar. Ekipaj üzvlərinin həyatına və sağlamlığına təhlükə olmadığı bildirilib.
1994-cü ildə inşa edilən gəminin qəza nəticəsində ciddi korpus zədəsi aldığı qeyd olunur.
19:48 15.07.2026
Oxunuş sayı: 56