Ebola nəzarətdən çıxır- Minlərlə yoluxma, yüzlərlə ölüm
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Konqo Demokratik Respublikasının şərq hissəsində qeydə alınan yeni Ebola virusu hallarının təxminən 80 faizi naməlum yoluxma zəncirlərindən qaynaqlanır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislər bunun xəstəliyin yayılmasının qarşısının alınmasını xeyli çətinləşdirdiyini bildirirlər. Qeyd olunur ki, epidemiya ilə mübarizədə əsas problemlərdən biri yoluxmuş şəxslərlə təmasların və virusun yayılma yollarının müəyyən edilməməsidir.
Məlumata görə, təsdiqlənmiş Ebola yoluxmalarının sayı artıq 2 mini keçib, xəstəlik nəticəsində ölənlərin sayı isə 754 nəfərə çatıb.
ÜST bölgədə vəziyyəti nəzarətdə saxlamaq üçün müşahidə, test və yoluxma zəncirlərinin izlənməsi tədbirlərini gücləndirir.
19:32 15.07.2026
Oxunuş sayı: 54