Malayziya mövqeyini sərtləşdirdi: İsrail vətəndaşları dərhal ölkədən göndəriləcək
Malayziyanın Baş naziri Ənvər İbrahim ölkədə aşkarlanan İsrail vətəndaşlarının dərhal deportasiya ediləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, Kuala-Lumpur İsraili dövlət kimi tanımadığı üçün ölkədə aşkar edilən İsrail vətəndaşlarına qarşı bu tədbir görüləcək.
Açıqlama İsrail vətəndaşlarının Cohor ştatında fəaliyyət göstərən Network School adlı təhsil layihəsində mümkün iştirakı ilə bağlı məlumatların araşdırıldığı bir vaxtda verilib.
Malayziyanın İsrailə münasibəti dəyişməz olaraq qalır. Ölkə İsraili tanımır, onunla diplomatik əlaqələr saxlamır və İsrail pasportu ilə adi qaydada ölkəyə girişə icazə verilmir.
19:24 15.07.2026
Oxunuş sayı: 43