Britaniyada gecə yarısından sonra sosial media bağlanacaq
Britaniya 16-17 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydalara əsasən, sosial şəbəkə platformaları bu yaş qrupunda olan istifadəçilər üçün 00:00-dan 06:00-dək giriş imkanını bloklamağa məcbur edilə bilər.
Qərarın məqsədi yeniyetmələrin gecə saatlarında sosial şəbəkələrdən həddindən artıq istifadəsinin qarşısını almaq və onların onlayn təhlükəsizliyini artırmaqdır.
19:00 15.07.2026
Oxunuş sayı: 58