ABŞ Zəngəzur dəhlizi üçün yeni rəhbər seçdi
ABŞ Dövlət Departamenti Zəngəzur dəhlizi üzrə tikinti işlərinin həyata keçirilməsi məqsədilə yaradılmış Tripp+ Enterprise fondunun rəhbəri vəzifəsinə Rusiya əsilli amerikalı investor Konstantin Sokolov təyin edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Konstantin Sokolov Çikaqoda fəaliyyət göstərən IJS investisiya şirkətinin təsisçisidir. O, həmçinin Ermənistanın ən böyük telekommunikasiya operatorlarından biri olan Viva şirkətinin iri səhmdarlarından biridir və burada 5G şəbəkələrinin, eləcə də bulud xidmətlərinin tətbiqinə rəhbərlik edir.
Sokolov eyni zamanda Northern Pillar Energy Consortium və Pelagos Data Centres layihələrinə rəhbərlik edir, həmçinin Münhen Təhlükəsizlik Konfransının Himayəçilər Şurasının üzvüdür.
1975-ci ildə Leninqrad şəhərində anadan olan Konstantin Sokolov Sankt-Peterburq Dövlət Universitetinin riyaziyyat və informatika ixtisasını bitirib. SSRİ dağıldıqdan sonra ABŞ-yə köçən Sokolov Çikaqo But Biznes Məktəbində Executive MBA dərəcəsi alıb. O, ailəlidir və iki övladı var.

18:30 15.07.2026
Oxunuş sayı: 55