Türkiyədə konteyner daşıyan pilotsuz katamaran hazırlanır
Türkiyənin ARES Shipyard gəmiqayırma şirkəti konteyner daşınması üçün nəzərdə tutulan pilotsuz katamaran layihəsi üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Patent və Əmtəə Nişanları İdarəsinin məlumat bazasında yer alan sənədlərdə bildirilib.
Məlumata görə, layihə çərçivəsində ekipajsız suüstü aparatının (USV) katamaran konstruksiyasında hazırlanması nəzərdə tutulur.
Pilotsuz gəminin uzunluğu 22,5 metr olacaq. O, düz yük göyərtəsi ilə təchiz ediləcək və standart 40 futluq konteyner daşımaq imkanına malik olacaq.
Layihənin texniki xüsusiyyətləri və istifadəyə veriləcəyi tarix barədə hələlik əlavə məlumat açıqlanmayıb.
17:52 15.07.2026
Oxunuş sayı: 52