Qəzzada İsrail aviazərbəsi nəticəsində bir ailənin üç üzvü həlak olub
Qəzza zolağının Deyr əl-Bələh şəhərinə endirilən İsrail aviazərbəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.
Crossmedia.az xəbər verir ki, İsrail Ordusu (SAXAL) və regional mənbələr bu barədə məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində bir kişi, onun həyat yoldaşı və altı yaşlı qızı həlak olub. Ailənin oğlu isə yaralanıb.
İsrail Ordusu (SAXAL) bəyan edib ki, aviazərbənin hədəfi HƏMAS hərəkatının silahlı üzvü olub.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
17:43 15.07.2026
Oxunuş sayı: 54