KİV: Paşinyan hakimiyyəti həbsdən siyasi təzyiq vasitəsi kimi istifadə edir
Ermənistanda müxalifət nümayəndələrinin barəsində seçilən həbs qətimkan tədbirindən Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərinə təzyiq vasitəsi kimi istifadə edildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "Hraparak" qəzeti bu barədə məlumat yayıb.
Nəşrin iddiasına görə, müxalif siyasətçilər qəsdən ağır saxlanma şəraitinə yerləşdirilir, onların məişət imkanları məhdudlaşdırılır və yaxınları ilə görüşmələrinə qadağa qoyulur.
Məqalədə iş adamı Samvel Karapetyan, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan və deputat Areqnaz Manukyan buna misal göstərilir.
"Hraparak" iddia edir ki, əlavə məhdudiyyətlər yuxarı rəhbərliyin göstərişi ilə tətbiq olunur və saxlanılan şəxslərə bunun ölkə rəhbərliyinin şəxsi tapşırığı əsasında həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, sözügedən iddialarla bağlı Ermənistan hakimiyyətinin rəsmi mövqeyi açıqlanmayıb.
17:33 15.07.2026
Oxunuş sayı: 57