Yeni proqram təminatı düşmən PUA-larının yerini kamerası vasitəsilə müəyyən edir
Ukrayna-Estoniya şirkəti Farsight Vision düşmən pilotsuz uçuş aparatlarının (PUA) yerini onların kamera görüntüləri əsasında müəyyən edən yeni proqram təminatını təqdim edib.
Crossmedia.az xəbər verir ki, şirkət bu barədə məlumat yayıb.
Məlumata görə, FSV Localizer adlı proqram təminatı ələ keçirilmiş videoaxını real ərazi görüntüləri ilə müqayisə edərək düşmən PUA-sının marşrutunu və təxmini mövqeyini müəyyənləşdirə bilir.
Şirkətin bildirdiyinə görə, sistem radiopelenqasiya avadanlığından istifadə etmədən bir neçə saniyə ərzində pilotsuz aparatın uçuş trayektoriyasını və təxmini cari yerini müəyyən edir.
Hazırda proqram təminatının döyüş şəraitində tətbiqi və effektivliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

17:39 15.07.2026
Oxunuş sayı: 52