Ukrayna "Patriot" raketlərinin istehsalı üçün lisenziyalar almağa başlayıb
ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziyaların verilməsi prosesinə başlayıb.
Crossmedia.az xəbər verir ki, "INSIDER UA" bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ artıq Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziyaların təqdim olunması istiqamətində prosedura start verib.
"INSIDER UA"nın Ukrayna Prezident Ofisindəki mənbəsinin bildirdiyinə görə, müvafiq proses artıq həyata keçirilir.
Rəsmi Vaşinqton və ya Kiyev bu məlumatla bağlı hələlik açıqlama verməyib.
17:26 15.07.2026
Oxunuş sayı: 54