Rus müğənni ABŞ-dəki malikanəsini 100 dollara satdı
Rusiyalı müğənni Filipp Kirkorov ABŞ-də yerləşən malikanəsini qızı Alla-Viktoriyaya simvolik qiymətə – 100 dollara satıb.
Crossmedia.az xəbər verir ki, "Mash" "Telegram" kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, ikimərtəbəli malikanə ABŞ-nin Mayami şəhərində, La Gorce Drive küçəsində yerləşir. Ümumi sahəsi 734 kvadratmetr olan evdə yeddi yataq otağı və yeddi hamam otağı var.
13 sot torpaq sahəsində yerləşən malikanənin ərazisində hovuz, cakuzi, kərpic və daşla üzlənmiş terras, həmçinin sərnişin lifti mövcuddur.
Bildirilir ki, daşınmaz əmlakın kadastr dəyəri 4,38 milyon dollar təşkil edir ki, bu da satış qiymətindən on minlərlə dəfə yüksəkdir.
Məlumata əsasən, Kirkorov bu addımı qızı Alla-Viktoriyanın ABŞ vətəndaşlığı hüququnu təmin etmək məqsədilə atıb.
16:57 15.07.2026
Oxunuş sayı: 51