Ukrayna hərbçiləri FPV-dronla Rusiyanın Mi-28 helikopterini vurub
Ukrayna hərbçiləri Belqorod vilayətində FPV-dron vasitəsilə Rusiyaya məxsus Mi-28 döyüş helikopterini məhv etdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 427-ci "Raroq" briqadası bu barədə məlumat yayıb.
Məlumata görə, əməliyyat Belqorod vilayətində döyüş zonasına yaxın ərazidə həyata keçirilib.
427-ci "Raroq" briqadasının açıqlamasında bildirilir ki, Rusiyaya məxsus Mi-28 döyüş helikopteri FPV-dronun zərbəsi nəticəsində vurulub.
Ukrayna tərəfi əməliyyatın görüntülərini də yayıb. Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
14:48 15.07.2026
Oxunuş sayı: 45