Ursula fon der Lyayen Kiyevə gedib: Bir sıra liderlər də Ukraynaya səfər edib
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Ursula fon der Lyayenin Kiyevə gəliş görüntüləri Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb. Bu, onun 2022-ci ilin fevralından sonra Ukraynaya 11-ci səfəridir.
Məlumata görə, Kiyevə Moldova Prezidenti Maya Sandu, Rumıniya Prezidenti Nikuşor Dan, Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqro Prezidenti Yakov Milatoviç, Serbiya Prezidenti Aleksandar Vuçiç və Albaniya Prezidenti Bayram Beqay da gəlib.
Səfər çərçivəsində liderlərin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi və Cənub-Şərqi Avropa ölkələrinin sammitində iştirak edəcəyi gözlənilir.
14:06 15.07.2026
Oxunuş sayı: 47