Trampın 2026 Dünya Kubokundakı favorisi məlum oldu
ABŞ Prezidenti Donald Trampın 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Kubokunda hansı komandaya üstünlük verdiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Donald Trampın Dünya Kuboku üzrə müşaviri Endryu Culiani bildirib ki, ABŞ prezidenti turnirdə İngiltərə millisinin qələbəsini arzulayır.
Culiani qeyd edib ki, əgər ABŞ özünün 250 illik yubiley tədbirləri çərçivəsində Dünya Kubokunu qazana bilməsə, İngiltərənin Amerika torpaqlarında çempion olması "möhtəşəm hekayə" ola bilər.
Onun sözlərinə görə, İngiltərə millisinin kapitanı Harri Keyn kuboku qaldırsa, bu uğurun əsas simalarından biri olacaq.
13:24 15.07.2026
Oxunuş sayı: 61