Türkiyənin tanınmış simaları 15 İyul hadisələrinin 10-cu ildönümü ilə bağlı paylaşım edib
Türkiyədə 15 iyul 2016-cı il çevriliş cəhdinin 10-cu ildönümü münasibətilə tanınmış sənət adamları sosial şəbəkə hesablarında şəhidlər və qazilərlə bağlı paylaşımlar ediblər.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Məlumata görə, aktyor və müğənnilər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə etdikləri paylaşımlarda çevriliş cəhdi zamanı həlak olanları ehtiramla yad edib, qazilərə minnətdarlıqlarını ifadə ediblər.
Paylaşım edən tanınmış simalar arasında Hülya Koçyiğit, Alişan, İbrahim Tatlısəs, Şoray Uzun, Ebru Gündeş, Seren Serengil, Hakan Taşıyan, Ceyhun Fərsoy, Demet Akalın və Sinan Akçıl yer alıb.
Onlar mesajlarında ölkənin birliyi və həmrəyliyinin qorunmasının vacibliyini vurğulayıb, 15 iyul hadisələri zamanı həyatını itirənlərin xatirəsini ehtiramla anıblar.
Bəzi sənətçilər həmin gecənin Türkiyə tarixində mühüm hadisə olduğunu bildirərək, şəhidlərin unudulmayacağını və qazilərə minnətdarlığın hər zaman davam edəcəyini qeyd ediblər.
12:19 15.07.2026
Oxunuş sayı: 42