Tramp: Krallar və əmirlər milyardlarla dollar sərmayə yatırmağa hazır olduqlarını bildiriblər
ABŞ Prezidenti Donald Tramp müxtəlif ölkələrin liderlərinin onunla əlaqə saxlayaraq milyardlarla dollar investisiya yatırmaq istədiklərini söylədiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə açıqlama verib.
ABŞ prezidenti bildirib ki, ona müxtəlif ölkələrdən krallar və əmirlər zəng edərək milyardlarla dollar həcmində investisiya yatırmağa hazır olduqlarını bildiriblər.
Onun sözlərinə görə, bu addımın məqsədi Hörmüz boğazından keçid zamanı tətbiq olunduğunu iddia etdiyi 20 faizlik rüsumu ödəməməkdir.
"Mənə müxtəlif ölkələrdən insanlar – krallar və əmirlər zəng edərək milyardlarla dollar investisiya yatırmaq istədiklərini dedilər. Onlar bunu Hörmüz boğazında 20 faizlik rüsum ödəməmək üçün etmək istədiklərini bildirdilər", – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Trampın bəhs etdiyi 20 faizlik rüsumun tətbiqi ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur. ABŞ prezidentinin açıqlaması şəxsi bəyanat xarakteri daşıyır.
11:57 15.07.2026
Oxunuş sayı: 53