Tramp İrana sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran danışıqlara razılıq verməyəcəyi təqdirdə ölkənin enerji və nəqliyyat infrastrukturuna zərbələr endiriləcək.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Trampın sözlərinə görə, İran danışıqlar masasına əyləşməsə, ABŞ hərbi əməliyyatları davam etdirəcək.
"Bu axşam onlara çox güclü zərbə endirəcəyik. Sabah axşam da çox güclü zərbə endirəcəyik. Ertəsi gün də bunu təkrarlayacağıq. Əgər danışıqlar masasına əyləşməsələr, onların bütün elektrik stansiyalarını və bütün körpülərini məhv edəcəyik", – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, Hörmüz boğazı istiqamətində əməliyyatlar özü dayandırılması barədə göstəriş verənədək davam edəcək.
10:56 15.07.2026
Oxunuş sayı: 55