ABŞ və İran yenidən qarşılıqlı zərbələr endirdi
ABŞ və İran arasında gərginlik yenidən hərbi qarşıdurma ilə müşayiət olunub. Tərəflər Körfəz regionunda bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı yaxınlığında onlarla hərbi hədəfə zərbələr endirdiyini bəyan edib.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin Küveytdə yerləşən maddi-texniki təminat mərkəzinə zərbə endirdiyini açıqlayıb.
SEPAH həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının idarəetmə mərkəzinin, anbarlarının və yanacaq ehtiyatlarının hədəfə alındığını bildirib.
İran tərəfinin məlumatına görə, ABŞ-ın F-18 qırıcılarının yerləşdirildiyi İordaniyanın Əl-Əzraq aviabazasına da hücum həyata keçirilib.
10:21 15.07.2026
Oxunuş sayı: 58