Rusiya üçün yeni zərbə- Sığorta şirkətləri üz döndərir
Qara və Azov dənizlərində Ukraynanın hücumlarının intensivləşməsi fonunda Rusiya gəmiləri hərbi risklər üzrə sığorta almaqda çətinliklərlə üzləşir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 2026-cı ilin ilk dörd ayı ərzində bu seqment üzrə təkrar sığortanın zərərlilik səviyyəsi 2800 faizə çatıb. Bildirilir ki, yaranmış vəziyyət Rusiya hakimiyyətini dəymiş zərərin kompensasiyası üçün yeni mexanizmlər hazırlamağa vadar edib.
23:53 14.07.2026
Oxunuş sayı: 53