Qətər İsraillə milyonlarla dollarlıq saziş dayandırdı-ŞOK
Qətərin dövlət suveren fondu, Almaniyanın avtomobil nəhəngi Volkswagen-in ən böyük səhmdarlarından biri kimi, şirkətin İsrailin Rafael Advanced Defense Systems müdafiə şirkəti ilə Dəmir günbəz hava hücumundan müdafiə sistemi üçün komponentlərin istehsalına dair müqaviləsinə veto qoyub.
Crossmedia.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, bu qərar tərəflərin artıq aprel ayında niyyət sazişi imzalamasına baxmayaraq qəbul edilib.
Məlumata əsasən, Qətər fondunun mövqeyi Volkswagen ilə İsrail şirkəti arasında planlaşdırılan müdafiə sənayesi əməkdaşlığının qarşısını alıb.
Tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
23:33 14.07.2026
Oxunuş sayı: 60