Moskva Neft Emalı Zavodu yaxınlığında yanğın baş verib
Moskvanın Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodu yaxınlığında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "ASTRA" və "Exilenova+" məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar mobil internetin işində fasilələrin yaranması mümkündür.
Rusiya Vahid Dövlət Fövqəladə Halların Qarşısının Alınması və Ləğvi Sistemi sakinlərə evdə qalmağı, pəncərələrə yaxınlaşmamağı və ya sığınacaqlara keçməyi tövsiyə edib.
Yanğının səbəbi, miqyası, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
15:26 10.07.2026
Oxunuş sayı: 45