Rusiya MN: Gecə ərzində 73 Ukrayna PUA-sı vurulub
Rusiya ötən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 73 pilotsuz uçuş aparatının (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hava hücumundan müdafiə vasitələri iyulun 8-i saat 20:00-dan iyulun 9-u saat 07:00-dək Moskva vaxtı ilə həyata keçirilən hücumların qarşısını alıb.
Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Kursk, Kaluqa, Novqorod, Tver, Oryol, Leninqrad və Rostov vilayətləri, Moskva regionu, Krasnodar diyarı, işğal altında olan Krım ərazisi, eləcə də Azov dənizi akvatoriyası üzərində vurulub.
09:36 09.07.2026
Oxunuş sayı: 46