Dünya nefti üçün kritik xəbər: Hörmüz boğazının taleyi bəlli oldu
Beynəlxalq Valyuta Fondu Hörmüz boğazı vasitəsilə gəmiçiliyin iyul ayının ortalarından etibarən bərpa olunacağını proqnozlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Fondun Strategiya, Siyasət və İcmal Departamentinin direktor müavini Petya Koeva-Bruks açıqlama verib.
Onun sözlərinə görə, Fondun proqnozuna əsasən, Hörmüz boğazında vəziyyət tədricən normallaşacaq və 2027-ci ilin mart ayına qədər münaqişədən əvvəlki vəziyyətə qayıdış gözlənilir.
Koeva-Bruks əlavə edib ki, fond qarşıdakı il ərzində geosiyasi qeyri-müəyyənliyin davam edəcəyini gözləyir.
23:44 08.07.2026
Oxunuş sayı: 62