Deputat OUN-UPA bayrağını cırdı: Qatillərin simvolu ilə Aİ-yə yol yoxdur
Avropa Parlamentində Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən müzakirələr zamanı polşalı deputat Eva Zayonçkovska-Hernik etiraz aksiyası keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Deputat çıxışı zamanı OUN-UPA bayrağını cıraraq, Ukraynanın bu cür simvollarla Aİ-yə üzv olmasının qəbuledilməz olduğunu bəyan edib.
“Bayraqlarında qatillərin simvolunu daşıyan Ukraynanın Avropa İttifaqına gedən yolu qəbuledilməzdir”, – deyə polşalı avrodeputat bildirib.
18:22 08.07.2026
Oxunuş sayı: 56