Çin Sakit okeanda atom sualtı qayığından raket buraxılışı həyata keçirib
Çin hərbçiləri Sakit okeanda atom sualtı qayığından raketin sınaq buraxılışını həyata keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin rəsmiləri məlumat yayıb.
Pekin bildirib ki, raket sınağı planlı xarakter daşıyıb, beynəlxalq hüquqa uyğun keçirilib və heç bir ölkəyə qarşı yönəlməyib.
Çin tərəfi sınağın ölkənin hərbi hazırlıq planı çərçivəsində reallaşdırıldığını vurğulayıb.
10:18 07.07.2026
Oxunuş sayı: 52