XİN rəhbəri NATO-nu Ukraynanın HHM sistemini gücləndirməyə çağırıb
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevə endirilən kütləvi raket hücumundan sonra NATO üzvlərinə müraciət edib.
Crossmedia.az xəbər verir ki, nazir Ankarada keçirilən NATO sammiti iştirakçılarını Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı konkret addımlar atmağa çağırıb.
Sibiqanın sözlərinə görə, Rusiyanın 20-dən çox ballistik raketlə həyata keçirdiyi hücum nəticəsində azı 11 nəfər həlak olub, onlarla insan, o cümlədən uşaqlar yaralanıb.
Nazir bildirib ki, zərbələr yaşayış məhəllələrinə endirilib və həlak olanlar arasında bir ailənin bütün üzvləri də var.
Sibiqa NATO ölkələrini "Patriot" zenit-raket kompleksləri üçün PAC-3 raketlərinin Ukraynaya tədarükünü sürətləndirməyə çağırıb.
Onun sözlərinə görə, Ukrayna hər həftə ballistik raket hücumlarına məruz qalan yeganə ölkədir və əlavə hərbi yardım barədə qərarlar "sonra deyil, məhz indi" qəbul edilməlidir, çünki "vaxt insan həyatı ilə ölçülür".
14:04 06.07.2026
Oxunuş sayı: 47