Krımda genişmiqyaslı elektrik kəsintisi baş verib
İlhaq olunmuş Krımda genişmiqyaslı elektrik kəsintisi baş verib.
Crossmedia.az xəbər verir ki, "Krımenerqo" şirkətinin məlumatına görə, yüksək gərginlikli elektrik şəbəkələrinə xarici təsirlər nəticəsində yaranan texniki nasazlıqlar səbəbindən Krımın bütün şəhər və rayonlarında istehlakçılar elektrik enerjisiz qalıb.
Məlumata görə, hadisə Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra baş verib.
Bildirilib ki, NASA FIRMS peyk monitorinq sistemi Simferopoldakı 330 kilovoltluq elektrik yarımstansiyasında və mobil qaz-turbin elektrik stansiyasının yerləşdiyi ərazidə yanğın qeydə alıb.
Bundan başqa, Kerç körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Həmçinin Kerç limanına zərbələrin endirildiyi barədə məlumatlar yayılıb.
12:57 06.07.2026
Oxunuş sayı: 46