Ukrayna NATO-nun 7 ölkəsi ilə PUA razılaşmaları imzalamağa ümid edir
Ukrayna ilin sonunadək NATO-ya üzv yeddi ölkə ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlığa dair razılaşmalar imzalamağa ümid edir.
Crossmedia.az xəbər verir ki, söhbət birgə layihələrin həyata keçirilməsi və PUA istehsalı texnologiyalarının mübadiləsini nəzərdə tutan "drone deal" ("dron sazişləri") formatından gedir.
Məlumata görə, Ukrayna nümayəndə heyəti Ankarada keçiriləcək NATO sammiti çərçivəsində təşkil olunacaq Müdafiə Sənayesi Forumunda iştirakını artıq təsdiqləyib.
Qeyd edək ki, yeni PUA sazişlərinin imzalanmasının gözlənildiyi NATO sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.
12:49 06.07.2026
Oxunuş sayı: 47