İyulun 7-si Kiyevdə matəm günü elan edilib
Ukraynanın paytaxtı Kiyevdə iyulun 7-si matəm günü elan edilib.
Crossmedia.az xəbər verir ki, qərar Rusiyanın şəhərə son raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların xatirəsinə qəbul edilib.
Matəm günü ilə əlaqədar şəhərdə dövlət bayraqları endiriləcək, əyləncə xarakterli tədbirlər məhdudlaşdırılacaq və həlak olanların xatirəsi ehtiramla yad ediləcək.
Xatırladaq ki, Rusiyanın Kiyevə endirdiyi son zərbələr nəticəsində çox sayda insan həlak olub və yaralanıb, yaşayış binaları da ciddi ziyan görüb.
12:19 06.07.2026
Oxunuş sayı: 59