FTX: Hərbçilərə yönəlmiş poçtla partlayıcı göndərilməsi cəhdi ifşa edildi
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) hərbçilərə və müdafiə sənayesi müəssisələrinin əməkdaşlarına poçt vasitəsilə partlayıcı qurğular göndərilməsi cəhdinin qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğular ətir dəstlərinin içərisində gizlədilərək poçt vasitəsilə göndərilməli imiş.
FTX iddia edir ki, kütləvi göndərişi Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunmuş 23 yaşlı Rusiya vətəndaşı planlaşdırıb.
Bildirilir ki, həmin şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.
11:44 06.07.2026
Oxunuş sayı: 67