Politico: Aİ Moskva ilə gizli diplomatik əlaqə kanalı yaradıb
Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın aparat rəhbəri Pedro Lurti son aylarda Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov vasitəsilə Moskva ilə əlaqə kanalı yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təmaslar Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın tapşırığı ilə həyata keçirilib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, bu mərhələdə əlaqələrin əsas məqsədi münasib vaxt yetişdikdə Avropa İttifaqının maraqlarını qorumaq üçün Rusiya ilə diplomatik əlaqə kanalının formalaşdırılması olub.
Bildirilir ki, Pedro Lurti Yuri Uşakovla iki telefon danışığı aparıb. İlk danışıq təxminən beş dəqiqə, ikinci danışıq isə təxminən 30 saniyə davam edib.
10:36 06.07.2026
Oxunuş sayı: 72