Tehranda Xamenei ilə vida yürüşü keçirilib
İranın paytaxtı Tehranda mərhum ali dini lider Əli Xamenei ilə vida mərasimi çərçivəsində çoxsaylı insanların iştirakı ilə yürüş keçirilib.
Crossmedia.az xəbər verir ki, yürüş zamanı tabutlar Dəmavənd magistralından şəhərin mərkəzində yerləşən İnqilab (Engelab) küçəsi boyunca Azadi meydanına aparılıb.
Məlumata görə, yürüş marşrutunun uzunluğu təxminən 15 kilometr təşkil edir.
Vida mərasimində iştirak etmək üçün paytaxta ölkənin müxtəlif bölgələrindən çoxsaylı insanlar gəlib.
10:14 06.07.2026
Oxunuş sayı: 49