Ermənistanda Qaqik Sarukyanın evində axtarış aparılır
Ermənistanda "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanın evində axtarış aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat verib.
Onun sözlərinə görə, Sarukyanın evinin ətrafı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Hələlik ev daxilində hansı istintaq hərəkətlərinin aparıldığı və axtarışın hansı cinayət işi ilə əlaqədar olduğu barədə rəsmi məlumat açıqlanmayıb.
09:47 06.07.2026
Oxunuş sayı: 54