Rusiyanın PUA hücumunda Odessadakı SOCAR yanacaqdoldurma məntəqəsi hədəfə alınıb
Rusiyaya məxsus pilotsuz uçuş aparatları Ukraynanın Odessa vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə hücum edib.
Crossmedia.az bu barədə Minval saytına istinadən xəbər verir.
Məlumata görə, pilotsuz uçuş aparatları SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə iki zərbə endirib.
Hazırda dağıntıların miqyası, mümkün xəsarət alanlar və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
Hücumun digər təfərrüatları və hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar davam edir.
09:41 06.07.2026
Oxunuş sayı: 52