Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya səfərə yollanıb
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk dəfə işgüzar səfərlə Rusiyaya yollanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə RİA Novosti Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunan "Sənaye İndustriyası 360" iclasında iştirak edəcək.
Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü də planlaşdırılıb.
09:34 06.07.2026
Oxunuş sayı: 52