Tramp: Xameneinin dəfni səbəbindən İrana bir həftə vaxt verdik
ABŞ ilə İran arasında danışıqlara İranın ali dini lideri Əli Xameneinin dəfni ilə əlaqədar bir həftəlik fasilə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O, bildirib ki, Vaşinqton Xameneinin dəfn mərasimləri nəzərə alınaraq danışıqlar prosesini bir həftə müddətinə təxirə salıb.
Tramp məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
09:07 04.07.2026
Oxunuş sayı: 57