Rusiya Dnepropetrovsk vilayətində daha bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin Aleksandrovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya ordusunun bölmələri son sutka ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində Aleksandrovka yaşayış məntəqəsini nəzarətə götürüblər.
13:57 03.07.2026
Oxunuş sayı: 56