Rusiya son bir həftədə 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Rusiya Silahlı Qüvvələri son bir həftə ərzində Ukraynada döyüş əməliyyatları zonasında 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya ordusunun bölmələri son yeddi gün ərzində ümumilikdə 11 yaşayış məntəqəsini nəzarətə götürüb.
Bəyanatda həmin yaşayış məntəqələrinin adları və əməliyyatların təfərrüatları açıqlanmayıb.
14:11 03.07.2026
Oxunuş sayı: 73