Netanyahu ABŞ-nin yardımından imtina etmək niyyətindədir
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-dən aldığı maliyyə yardımından mərhələli şəkildə imtina etməsinin tərəfdarı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, CBS News bu barədə məlumat yayıb.
Netanyahunun sözlərinə görə, ABŞ-nin İsrailə göstərdiyi yardım işsizlik müavinətinə bənzəyir və o, ölkəsinin belə dəstəkdən asılı qalmasını istəmir.
Baş nazir bildirib ki, İsrail iqtisadiyyatı artıq kiçik iqtisadiyyat deyil və ölkə Vaşinqtondan aldığı dəstəyin həcmini öz imkanları hesabına maliyyələşdirə bilər.
"İstəyirəm ki, bu proses elə bu ildən başlasın", – deyə Netanyahu vurğulayıb.
O qeyd edib ki, məqsəd ABŞ ilə münasibətləri zəiflətmək deyil, onları maliyyə yardımına əsaslanan modeldən strateji tərəfdaşlıq səviyyəsinə keçirməkdir.
Hazırda İsrail ABŞ-dən qüvvədə olan uzunmüddətli saziş çərçivəsində hər il milyardlarla dollar həcmində hərbi yardım alır. Netanyahu isə bu dəstəyin yaxın illərdə mərhələli şəkildə azaldılmasının mümkün olduğunu hesab edir.
10:11 02.07.2026
Oxunuş sayı: 82