Türkiyə kiçik PUA-lara qarşı yeni 7,62 mm-lik sursat hazırlayıb
Türkiyənin MKE şirkəti mini və mikro pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə üçün 7,62 mm çaplı yeni sursat hazırlayıb və sınaqlar zamanı onun hava hədəflərini uğurla məhv etdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yeni sursat xüsusi zədələyici elementlərlə təchiz olunub və mini, eləcə də mikro PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulub. Keçirilən sınaqlar zamanı sursat hava hədəflərini uğurla vurub.
Bildirilib ki, sursat standart piyada atıcı silahları ilə tam uyğundur. Onun kiçik pilotsuz uçuş aparatlarına qarşı yaxın mənzilli hava hücumundan müdafiə vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.
09:57 02.07.2026
Oxunuş sayı: 52