Erməni əsilli rusiyalı bloger “rusları heyvanlara bənzətdiyi” üçün cərimələndi
Erməni əsilli rusiyalı bloger Arsen Markaryan sosial şəbəkədəki qalmaqallı açıqlamasına görə cərimələnib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Moskva şəhər məhkəmələri bu barədə məlumat yayıb.
Məlumata görə, məhkəmə Markaryanı İnzibati Xətalar Məcəlləsinin 20.3.1 maddəsi ilə – milli zəmində nifrət və düşmənçiliyin qızışdırılması ittihamı üzrə təqsirli bilib.
İttihama əsasən, bloger sosial şəbəkələrdə yayılan videoda rusları təhqiredici ifadələrlə təqdim edib və onları “heyvanlara bənzətmə” məzmunlu fikirlər səsləndirib.
Qərara əsasən, Markaryana 20 min rubl məbləğində cərimə tətbiq olunub.
09:46 02.07.2026
Oxunuş sayı: 54