İsrail ordusuna İrana qarşı mümkün əməliyyata hazır olmaq tapşırılıb
İsrailin müdafiə naziri İsrael Katz orduya İrana qarşı mümkün müstəqil hərbi əməliyyata hazır olmaq göstərişi verildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirin sözlərinə görə, hərbi qüvvələr mümkün əməliyyat üçün hazırlıq vəziyyətindədir və yalnız müvafiq əmri gözləyir.
Katz bildirib ki, İran tərəfindən İsrail ərazisinə hər hansı raket hücumu həyata keçirilərsə, buna "dağıdıcı" cavab veriləcək.
O əlavə edib ki, belə bir ssenari baş verərsə, İsrail qısa müddətdə İranla açıq hərbi qarşıdurma vəziyyətinə düşə bilər.
08:52 02.07.2026
Oxunuş sayı: 48