KİV: Rusiya hərbçiləri 2025-ci ildə Çində gizli hərbi hazırlıq keçib
2025-ci ildə Rusiya hərbçilərinin Çin Xalq Azadlıq Ordusuna məxsus hərbi obyektlərdə gizli təlim keçdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən proqram Rusiya Müdafiə Nazirliyi səviyyəsində təsdiqlənib. Reuters-in əldə etdiyi məxfi sənəddə Rusiya müdafiə naziri Andrey Belousovun 2025-ci ilin avqustunda imzaladığı daxili əmrə istinad olunur.
Sənəddə qeyd edilir ki, həmin qərara əsasən Rusiya Silahlı Qüvvələrinin nümayəndə heyəti Çin Xalq Azadlıq Ordusuna məxsus obyektlərdə keçirilən təlimlərdə iştirak etmək üçün Çinə göndərilib.
16:24 01.07.2026
Oxunuş sayı: 55