Ukrayna Rusiyanın neft emalı və hərbi obyektlərini vurub
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyada bir neçə strateji obyektə uzaqmənzilli zərbələr endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Ukrayna Pravda” bu barədə məlumat yayıb.
Zelenski qeyd edib ki, zərbələrdən biri Ufada yerləşən neft emalı zavoduna endirilib. Onun sözlərinə görə, bu obyekt cəbhə xəttindən 1300 kilometrdən çox uzaqdadır və sürtkü materialları istehsal edən iri müəssisələrdən biridir.
Digər zərbə isə Penza vilayətində hərbi sənaye sahəsinə aid bir obyektə yönəlib. Bildirilir ki, həmin müəssisə raket komponentlərinin hazırlanması ilə məşğuldur və cəbhədən təxminən 600 kilometr məsafədə yerləşir.
16:14 01.07.2026
Oxunuş sayı: 55