Matviyenko: Rusiyada yanacaqla bağlı vəziyyət çətindir, amma həll olunacaq
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ölkədə yanacaqla bağlı vəziyyətin mürəkkəb olduğunu, lakin problemin aradan qaldırılacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Matviyenkonun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ölkənin benzin, aviasiya kerosini və dizel yanacağı ilə təminatı məsələsinə həsr olunmuş müşavirə keçirib. O qeyd edib ki, Baş nazirin müavini Aleksandr Novakın rəhbərlik etdiyi hökumət işçi qrupu vəziyyətin həlli üçün hər gün çalışır.
Federasiya Şurasının sədri Rusiyanın yaranmış vəziyyətdən çıxacağını bildirib və problemin hamıya bəlli olan qüvvələr tərəfindən yaradıldığını iddia edib.
O, həmçinin ictimaiyyəti vəziyyəti dramatikləşdirməməyə çağıraraq, “vahiməyə düşməmək” çağırışı edib.
15:19 01.07.2026
Oxunuş sayı: 50