Azərbaycandakı yəhudi icmaları Knesseti “erməni soyqırımı” təşəbbüsünü dəstəkləməməyə çağırıb
Azərbaycanda fəaliyyət göstərən yəhudi icmalarının rəhbərləri İsrail parlamenti – Knessetə müraciət edərək “erməni soyqırımı” ilə bağlı təşəbbüsün dəstəklənməməsini xahiş ediblər. Crossmedia.az xəbər verir ki, Rusiya mətbuatı bu barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, müraciət Bakı dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Bakı aşkenazi yəhudiləri icmasının sədri Aleksandr Şarovski və Bakı sefard yəhudiləri icmasının sədri Zamir İsayev tərəfindən imzalanıb.
Məktubda qeyd olunur ki, belə təşəbbüslər Cənubi Qafqazda formalaşmaqda olan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər. İcma rəhbərləri hesab edirlər ki, həssas tarixi məsələlər siyasi qərar predmetinə çevrilməməli, tarixçilər və ekspertlər tərəfindən elmi müstəvidə araşdırılmalıdır. Onların fikrincə, bu cür addımlar İsrailin dostları arasında gərginlik yarada bilər.
15:12 01.07.2026
Oxunuş sayı: 66